
Banqladeşin ilk qadın Baş naziri Begum Khaleda Ziya 80 yaşında vəfat edib.
Missiya.Az xəbər verir ki, uzun müddət səhhət problemləri ilə mübarizə aparan Ziya 1991–1996 və 2001–2006-cı illərdə Baş nazir olub.
Pakistan və Hindistan liderləri onun ölümündən kədərləndiklərini bildirərək ailəsinə başsağlığı veriblər. Ziya ölümünə qədər Banqladeş Milliyyətçi Partiyasının sədri olub, oğlu isə partiyanın faktiki lideri idi.
Seyranə QuliyevaMissiya.Az