Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Bu gün biz ölkəmiz üçün mühüm nailiyyətlərlə yadda qalan daha bir təqvim ilini uğurla yola salırıq. Bu il ərzində ölkəmizin suverenliyi, təhlükəsizliyi və beynəlxalq mövqeləri daha da möhkəmlənmiş, dövlətçilik prinsipləri ardıcıl şəkildə qorunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və qətiyyətli siyasət nəticəsində Azərbaycan regionda lider ölkə, etibarlı tərəfdaş və güclü dövlət kimi mövqeyini bir daha təsdiqləmişdir.
2025-ci il Azərbaycan üçün həm iqtisadi islahatlar, həm sahibkarlığın inkişafı, həm də sənayeləşmə strategiyasının irəli aparılması baxımından əlamətdar olub. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət ölkəmizin davamlı inkişafını təmin etməklə yanaşı, eyni zamanda vətəndaşların rifahını yüksəltməyi qarşıya məqsəd qoyub”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov bu gün keçirilən plenar iclasında deyib:
“Bu il biz ölkə iqtisadiyyatında bir sıra müsbət dinamikanı müşahidə etdik: qeyri-neft sektorunun inkişafı sürətlənmiş, sahibkarlığın fəaliyyət mühiti yaxşılaşdırılmış və sənaye potensialımız daha da güclənmişdir. Dövlət-özəl sektor əməkdaşlığı iqtisadi artım üçün möhkəm zəmin yaratmış, yerli sahibkarlarımız üçün yeni investisiya imkanları formalaşmışdır.
Makroiqtisadi göstəricilərə diqqət yetirəndə 2025-ci ili uğurla başa çatdığını deyə bilərik.
Belə ki, statistik məlumatlara görə iqtisadi artım təxminən 2,6% , o cümlədən qeyri -neft iqtisadiyyatı 4,6% artacağı gözlənilir. Ölkəmizin valyuta ehtiyatları 85 milyard dollara çatmaqla xarici dövlət borcumuzu 17 dəfədən çox üstəliyir. Manatımız xarici valyutaları qarşısında möhkəmlənib. İnfilyasiya həddinin 5% ətrafında olacağı proqnozlaşdırılır”.
O əlavə edib ki, 2025-ci ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla davam etdirilmiş, 15-dən çox yaşayış məntəqəsinə 21 mindən çox keçmiş məcburi köçkün qayıtmışdır:
Bu gün biz həm də xalqımız üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində toplaşmışıq.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız milli birlik bayramı deyil, həm də bizim iqtisadi həmrəyliyimizin, dövlət və cəmiyyətin birgə inkişafının əyani göstəricisidir.
Sonda dünyanın hər bir nöqtəsində yaşayan, ürəyi vətən nəbzi ilə döyünən bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, qarşıdan gələn Yeni ildə ölkəmizə sülh, əminamanlıq və inkişaf, xalqımıza can sağlığı və firavanlıq arzulayıram”.
Qeyd edək ki, bu gün Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilir.
Şəbnəm
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.