Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər Azərbaycan xalqının tarixində milli birliyin və həmrəyliyin ən parlaq təzahürlərindən biri kimi yadda qalmışdır. Müharibə dövründə siyasi baxışından, sosial statusundan, tutduğu mövqedən asılı olmayaraq bütün xalq vahid mövqedən çıxış etmiş, dövlətin ətrafında sıx birləşmişdir. Bu Qələbəni təmin edən əsas amillərdən biri məhz illər boyu formalaşdırılmış milli həmrəyliyi möhkəmləndirən ardıcıl və qətiyyətli siyasət olmuşdur.
Prezident, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə, prinsipial mövqe və liderlik nümunəsi xalqın öz rəhbəri ətrafında daha sıx birləşməsinə şərait yaratmışdır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın informasiya müharibəsində göstərdiyi fəallıq, etiraz aksiyaları və beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılması Qələbəyə layiqli töhfə kimi tarixə düşmüşdür. Bu həmrəylik milli gücün real ifadəsinə çevrilmişdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31