AZ

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi barədə şok qərar

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib.

Heftelik.az Globalinfo.az-a istinadən  xəbər verir ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.

Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.
Seçilən
123
29
heftelik.az

10Mənbələr