AZ

"Euronews": "Bakı Ağ Şəhər" şəhər transformasiyasının simvoludur

"Euronews" telekanalı "Bakı Ağ Şəhər"ə (Baku White City) həsr olunmuş reportaj hazırlayıb.

“İki sahil” xəbər verir ki, materialda Ağ Şəhərin genişmiqyaslı şəhər transformasiyasının ən yaxşı nümunəsi olduğu vurğulanır.

"Uzun illər paytaxtın ən çirkli sənaye zonalarından biri hesab edilən ərazi müasir və ekoloji cəhətdən dayanıqlı, sakinlərin rahatlığına və yüksək həyat keyfiyyətinə yönəlmiş bir rayona çevrilib" - materialda vurğulanır.

Qeyd edilib ki, Ağ Şəhər rahat şəhər mühiti konsepsiyasını nəzərə alınaraq layihələndirilib və əlçatan məsafədə yaşayış, kommersiya və mədəni məkanları birləşdirir, bu da sakinlərin avtomobillərdən istifadəni azaltmağa imkan verir.

"Euronews" bu ideyanın praktikada necə həyata keçirildiyini nümayiş etdirmək üçün həm rayonun sakinləri, həm də burada öz bizneslərini açan sahibkarların fikirlərini öyrənib.

Seçilən
21
ikisahil.az

1Mənbələr