AZ

Ölkənin tanıdılması üçün idmanın rolu misilsizdir

"Artıq 2025-ci ilə yekun vururuq, bu ili də ölkəmiz üçün çox uğurlu illərdən biri hesab etmək olar. Prezident İlham Əliyevin hər il olduğu kimi bu ildə ilin idman yekunları tədbirində idman ictimaiyyəti ilə görüşü tarixi hadisəyə döndü. 2025-ci ildə Azərbaycan idmançıları 2000-dən çox medal qazanıb. Onlardan 600-dən çoxu qızıl medallardır. Bu bir daha onu deməyə əsas verir ki, ölkə başçımızın dövlətimizin hər tərəfli inkişafı siyasətində gənclər və idman siyasəti onun əsas tərkib hissələrindən və strateji sahələrindən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov bildirib: "Prezident İlham Əliyev dünyada nadir ölkə başçılarından biridir ki, həm də eyni zamanda Milli Olimpiya Komitəsinin Prezidentidir. Bu, həm də Azərbaycan idmanına və idmançılarına xoş məramlı mesajdır. Ölkənin tanıdılması üçün idmanın rolu misilsizdir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərməklə ölkəmizin tanıdılmasına və sevilməsinə xidmət göstərmiş olurlar. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bakı şəhəri 2026-cı ilin dünyanın idman paytaxtı seçilib. Bu il də dünyanın gözü paytaxtımızda olacaq və il boyu rəngarəng idman tədbirləri həm sakinlərimizi həm də, şəhərimizin qonaqlarını gözünü oxşayacaq. Prezident Azərbaycan gənclərinə də müraciət edərək onların həm fiziki sağlam həm vətənpərvər həm də, milli mənəvi dəyərlərimizə sadiq ruhda tərbiyə olunmalarına tövsiyə etdi. Düşünürük ki, Azərbaycan gəncləri və idmançıları onlara göstərilən həm dövlət qayğısını həm də, etimadı doğrultmaq üçün ölkəmizin bütün sahələrdəki inkişafına töhfələr vermək var gücləriylə çalışacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
1
olaylar.az

4Mənbələr