AZ

Ailəsi ilə birgə bu ölkənin vətəndaşı oldu

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Məşhur amerikalı aktyor Corc Kluni həyat yoldaşı Amal Kluni və iki övladı ilə birlikdə Fransa vətəndaşlığı alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFP agentliyi vətəndaşlıq verilməsi haqqında Fərmana istinadən məlumat yayıb.

C.Kluni Fransadakı evlərində özlərini daha xoşbəxt hiss etdiklərini bildirib: “Burada uşaqların şəklini çəkmirlər. Məktəb qapılarında paparazzilər olmur. Bu bizim üçün ən vacib amildir”.

Qeyd edək ki, Corc Kluni Livan əsilli ingilis vəkil Amal Alamuddinlə 2014-cü ildə ailə qurub. Onların 2017-ci ildə əkiz uşaqları - Aleksandr və Ella dünyaya gəlib.

2021-ci ildə aktyor həyat yoldaşı ilə birlikdə Fransanın cənub-şərqində yerləşən Brinyol kommunasında malikanə və üzüm bağı alıb. Amal Kluni fransız dilində səbəst danışır.

Bundan başqa, cütlüyün İtaliyanın füsunkar Komo gölü ətrafında mülkü, İngiltərədə tarixi bir malikanəsi var. Onların həmçinin Nyu-Yorkda bir mənzilinin və Kentuki ştatında əmlaklarının olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
qafqazinfo.az

2Mənbələr