AZ

"Avropa rəsmiləri Tramp-Zelenski görüşünə şübhə ilə yanaşır" - Politico

Avropa rəsmiləri ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında keçirilən görüşlərə şübhə ilə yanaşır. 

Missiya.Az xəbər verir ki, bu barədə məlumatı “Politico” yayıb.

Mənbə bildirib ki, əlverişli hesab edilə biləcək görüş üçün meyar olduqca aşağıdır. Aİ rəsmiləri xüsusilə Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə yaxın hesab edilən razılaşma mövqeyindən məyusdurlar.

Xatırladaq ki, Tramp və Zelenski dekabrın 28-də ABŞ-nin Florida ştatının Mar-a-Laqo şəhərində görüşüblər. ABŞ Prezidenti danışıqları yüksək qiymətləndirib və Ukraynadakı münaqişənin həllində 95 faiz irəliləyiş olduğunu bildirib. Lakin ərazi məsələsi hələ də həllini tapmayıb. Daha sonra Tramp görüşün nəticələrini rusiyalı həmkarı ilə bölüşüb.

Seyranə Quliyeva

Misisya.Az

Seçilən
35
missiya.az

1Mənbələr