AZ

Tramp onu "axmaq" adlandırdı, məhkəmə ilə hədələdi

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelli məhkəməyə vermək istədiklərini açıqlayıb.

Publika.az xəbər verir ki, Floridada İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra mətbuat konfransı keçirən Tramp cari məsələlərlə bağlı sualları cavablandırıb.

O, səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatacaq Cerom Pauellin yerinə yeni namizədin yanvar ayında açıqlana biləcəyini bildirib.

Pauellə yönəlik tənqidlərini davam etdirən Tramp “FED-də bir axmaq var. Bayden onu yenidən təyin etdi. Çox heyif” deyib.

Tramp, Pauellin tikinti tarixində ən bahalı layihələrdən biri adlandırılan FED binasının təmirinə 4,1 milyard dollara qədər vəsait xərclədiyini iddia edib. “Biz Pauelli kobud səhlənkarlığa görə məhkəməyə verməyi düşünürük. O, səriştəsizdir”, - o qeyd edib.

Seçilən
56
publika.az

1Mənbələr