"Amerikaya, İsrailə inananın ağlı yoxdur. Bu iki dövlət heç vaxt imzaladıqları sənədə, üzərlərinə götürdükləri öhdəliklərə riayət etmir, hörmət göstərmirlər".
Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə ABŞ-İsaril-İran münasibətlərindən danışarkən bildirdi.
O, qeyd etdi ki, Barak Obamanın dövründə Avropa dövlətləri, Amerika və İran nüvə sazişi imzalamışdı:
"İran özünün nüvə proqramını MAQATE-nin tam nəzarətinə vermişdi. Əvvəlcədən də İran deyirdi ki, nüvə silahı istehsal etmək istəmirəm. Tramp isə İsrailin tələbi ilə bu nüvə sazişindən çıxdı. Sonra yenidən İrana hücum etdilər. Belə bir şəraitdə Amerikanın deməsi ki, “biz nüvə danışıqlarına hazırıq”, bu o deməkdir ki, “siz öz diplomatlarınızı göndərin, biz onları öldürək, sonra da deyək ki, İran terrorçu dövlətdir". Terrorçu dövlət İsraildir, terrorçu dövlət Amerikadır. Onlar dinc camaatı qırırlar. Onlar öz atomları ilə bütün dünyanı hədələyirlər. Onlar terrorçudurlar. Terror nə deməkdir? Qorxutmaq. Dinc əhaliyə qarşı silah işlətmək. Bunu İsrail edir. 80 min fələstinlini qırdı-öldürdü, ürəyi soyumayıb. Deyilənə görə, 400 min adam itkin düşüb, onlar yəqin ki, həlak olub, uçqunların altında qalıblar. Çox həyasız bir ssenari qurulub. Amma bunlar sülhdən danışırlar, çünki media sahəsində üstünlük onlardadır".
Aytəkin TOFİQQIZI