Sabah başa vurmağa hazırlaşdığımız 2025-ci il həm də Azərbaycanın hüquq-mühafizə orqanlarının keçirdiyi çoxsaylı əməliyyatlar, səs-küylü həbslərlə yadda qaldı. Hətta bu il elə cinayətlərin üstü açıldı, özünü “toxunulmaz” sayan elə oliqarxların tifağı dağıldı ki, yatsalar, yuxularına belə girməzdi.
Publika.az “Qafqazinfo”ya istinadən bu dəfə ölkə gündəmini dəyişən həmin hadisələri yada salır:
Ramiz Mehdiyev: Nəinki ilin, az qala, əsrin ən sensasiyalı cinayət fiquru
Uzun illər möhkəm mövqedə olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə cinayət işi başlanaraq ev həbsinə alınması ölkə gündəmini silkələdi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi ağır cinayətlərdə ittiham olunan “boz kardinal” hazırda istintaq altındadır. İllərdir alışdığı vəziyyətdən fərqli olaraq bu dəfə sorğulanan Mehdiyev özüdür.
.jpg)