AZ

Zenfira Mustafayeva: “2025-ci ildə insan alveri və zorakılıq qurbanlarına dəstək göstərilib”

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi 2025-ci il ərzində 63 nəfər insan alveri və ailədaxili zorakılıq qurbanına sosial, hüquqi və psixoloji xidmətlər göstərib. Onlardan 12 nəfər insan alveri, 38 nəfər ailədaxili zorakılıq, 8 qadın və 2 yetkinlik yaşına çatmayan cinsi zorakılıq qurbanıdır.

QHT.az xəbər verir ki, bu fikirləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bildirib. Onun sözlərinə görə, təşkilat tərəfindən hüquqi və psixoloji xidmətlər, həmçinin sosial dəstək göstərilib; 5 nəfər tibbi yardıma yönləndirilib. Həmçinin müraciət edən şəxslərin ailə üzvləri olan 62 azyaşlı uşağa davamlı psixoloji yardım göstərilib:

"2025-ci ildə təşkilat Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Polis İdarəsi ilə birgə qurbanların hüquqlarının müdafiəsi, uzunmüddətli mühafizə tədbirləri və reinteqrasiya prosesinə dəstək layihələrini həyata keçirib. Təşkilat həmçinin məktəblərdə, kolleclərdə, universitetlərdə və mədəniyyət mərkəzlərində insan alveri və ailədaxili zorakılıq mövzusunda maarifləndirici tədbirlər keçirib. Onlar arasında Manifesti Kitab Evi, hüquq fakültəsinə daxil olan tələbələr üçün bayram yığıncaqları, Corat qəsəbəsi və həssas qruplardan olan uşaqlar üçün bayram tədbirləri, eləcə də Zəfəran restoranında təşkil olunan tədbirlər olub".

Təşkilatın rəhbəri Zənfira Mustafayeva bildirib ki, bütün bu fəaliyyətlər insan alveri və ailədaxili zorakılıq qurbanlarının hüquqlarının müdafiəsi, onların sosial inteqrasiyası və maarifləndirmə məqsədilə həyata keçirilib.

 

Pərvanə Fərhadqızı

Seçilən
77
qht.az

1Mənbələr