Bakı. Trend:
İnkişaf etmiş Orta Dəhliz beynəlxalq səviyyədə fintexin artımınıstimullaşdırmağa, ticarət axınlarını genişləndirməyə və iqtisadiinteqrasiyanı dərinləşdirməyə qadirdir.
Trend xəbər verirki, bu barədə Asiya İnkişaf Bankının (AİB) son hesabatında qeydolunub.
“Dəhlizin rəqəmsallaşdırılması üçün sərhədlərarası məlumatmübadiləsi və rəqəmsal infrastruktura idarəetmə mexanizmləri,vaxtlı-vaxtında əlaqələndirmə və sektorlararası yanaşma iləmüşayiət olunmalıdır. Lisenziyaların qarşılıqlı tanınması faydalıolacaq və “mBridge” və “Aperta” layihələrində tətbiq olunan yanaşmailə birləşdirilə bilər. Bu layihələr sərhədlərarası ticarətinmaliyyələşdirilməsi və açıq bankçılığa (Gürcüstanın iştirakı ilə)yönəlib,” – AİB hesabatında qeyd olunur.
Bankın analitikləri bildirirlər ki, Orta Dəhliz ölkələri –Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Türkiyəarasında fintex əsaslı əməkdaşlıq CAREC (Mərkəzi Asiya ÖlkələrininRegional İqtisadi Əməkdaşlığı) çərçivəsində daha geniş perspektivliyanaşmanın bir hissəsi olaraq yeni maliyyə infrastrukturuna çevriləbilər.
“Orta Dəhliz konsepsiyası regiondakı digər ölkələr üçün maraqlıfintex təklifinə çevrilə bilər. Orta Dəhliz boyunca fintex əsaslıregional əməkdaşlıq potensialı hətta sərhədlərarası fintexəməkdaşlığının real faydasına şübhə ilə yanaşanlar üçün beləmaraqlı ola bilər. Orta Dəhlizin yol xəritəsi çərçivəsində finteximkanlarının və tədbirlərin müəyyən edilməsi sərhədlərarası"sandbox"un yaradılması, regional hakimiyyət orqanlarının dahageniş dairəsinin cəlb edilməsi və müvafiq regional forumlarvasitəsilə açıq bankçılığın ümumi prinsiplərinin təşviqi üçünbaşlanğıc nöqtəsi ola bilər.”
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.