"2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim Azərbaycan idman həyatında mühüm mərhələ kimi dəyərləndirilə bilər. Cənab Prezident İlham Əliyevin bu tədbirdə səsləndirdiyi fikirlər ötən ilin nəticələrindən daha çox, idmanın ölkənin sosial və siyasi inkişafındakı roluna diqqət yönəltdi".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Elşən Səfərov deyib O bildirib ki, çıxışın əsas məğzi idmanın artıq ayrıca bir sahə deyil, dövlətin ümumi inkişaf strategiyasına inteqrasiya olunmuş vacib istiqamət olması idi:
"Ölkə Başçısı çıxışında qeyd etdi ki, müasir dövrdə idman yalnız fiziki sağlamlıq vasitəsi kimi deyil, həm də cəmiyyətin dinamizmini və intellektual potensialını əks etdirən amil kimi çıxış edir. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirakı və əldə etdiyi nəticələr ölkənin dünyaya açıq, rəqabətə hazır və güclü dövlət olduğunu nümayiş etdirir. Bu baxımdan idman uğurları milli imicin formalaşmasında mühüm rol oynayır".
Cavid