“Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşəbbüsü ilə 18 tədbir keçirilib
Modern.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova ilin və parlamentin payız sessiyasının sona çatması ilə bağlı çıxış edərkən bildirib.
Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 7-də və 8-də ABŞ Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkəyə tarixi bir səfər etmişdir. Səfər çərçivəsində əldə olunmuş Vaşinqton Razılaşmaları, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və regional sabitliyin möhkəmləndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
“İl ərzində Milli Məclisdə 8 dinləmə, 3 ictimai müzakirə, 1 genişləndirilmiş iclas və 5 konfrans keçirilib” – deyə S. Qafarova bildirib.
Payız sessiyasında parlamentin 16 nümayəndə heyəti iştirak etmiş, 86 qanun və qərar layihəsinə baxılmışdır. Ümumilikdə, 2025-ci ildə 38 plenar iclas keçirilmiş, 185 qanun və 33 qərar qəbul edilmişdir. Qəbul olunmuş qanunlar arasında 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanunlar xüsusilə diqqətə layiqdir.