İran hökuməti nümayişçilərin etirazını qəbul edir və ən sərt tələblərini belə eşitməyə hazırdır.
APA xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidmətinin rəsmisi Fatimə Mühacirani mətbuat konfransında bildirib.
Mühacirani qeyd ki, etirazlarla bağlı fövqəladə plan işlənib-hazırlanıb və təqdim olunub.
Hal-hazırda plan icra mərhələsindədir.
Qeyd edək ki, İran rialının ABŞ dolları qarşısında kəskin dəyər itirməsindən sonra Tehranda sahibkarlar iqtisadi vəziyyətin çətinliyinə etiraz olaraq aksiyalar keçiriblər.