AZ

Türkiyədə terrorçularla əlaqədə şübhəli bilinən 127 nəfər saxlanılıb

Ankara, 30 dekabr, AZƏRTAC

Türkiyənin Daxili İşlər Nazirliyi İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinən 127 nəfərin saxlandığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 29-da Yalova əyalətində polis əməkdaşları ilə atışmada iştirak edən yaraqlılarla əlaqədə şübhəli bilinən şəxslərin həbsləri Ankara və İstanbulda həyata keçirilib.

İstanbul Prokurorluğunun məlumatına görə, əməliyyatlar Yeni il gecəsi mümkün terror hücumları ilə bağlı kəşfiyyat məlumatlarının təhlili əsasında başlayıb.

Saxlanılan şəxslər arasında xarici ölkə vətəndaşları da var.

Qeyd edək ki, bir gün əvvəl Yalovada İŞİD terrorçuları ilə atışmada 3 polis həlak olub, hüquq-mühafizə orqanlarının 8 əməkdaşı və 1 mühafizəçi yaralanıb, 6 terrorçu məhv edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
58
1
azertag.az

2Mənbələr