AZ

“Samirin qayıdışı çox adamın qanını qaraltdı”

ain.az, Olay.az portalına istinadən məlumat yayır.

Xalq artisti Flora Kərimova müğənni Samir Bağırovun sənət fəaliyyətini bərpa etməsi ilə bağlı danışıb.

OLAY yazır ki, bu barədə o, “Xəzər axşamı” verilişində açıqlama verib.

Kərimova deyib ki, Bağırovun qayıdışı çox adamı narahat edib:

“Samirin qayıtmağı çox adamın qanını qaraltdı, çox adamın yolunu bağladı. Bunu bir sənətkar kimi deyirəm. Vaxt var idi, dəridən qabıqdan çıxırdılar ki, Samiri bu sıradan çıxarsınlar. Bir müddət alındı. Allaha qurban olum, bu səsə zaval yoxdu. Allah elə bil tutub dartdı bura… Samir, çox adamı yuxusuz etmisən”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
3
olay.az

4Mənbələr