AZ

Minatəmizləyənlərlə bağlı yeni qanun

Milli Məclis “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirələrdən sonra qəbul edib.

EKOLOGİYA.AZ bu barədə xəbər verir.

Layihəyə əsasən, minatəmizləmə fəaliyyəti zamanı zərərçəkən şəxslərə yardım İcbari tibbi sığorta ilə göstəriləcək.

Yeni qanunvericiliyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaq.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Seçilən
59
ekologiya.az

1Mənbələr