AZ

Yazıçılar Birliyində “Güney qalmaqalı” böyüyür Təbrizli şairdən açıqlama

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bir neçə gün əvvəl Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sayman Aruz vəzifəsindən azad edildi.

Səbəb kimi isə 199 nəfər yazarın onun əleyhinə olduğu və hansısa sənədə imza ataraq “Sayman Aruz bizi təmsil edə bilməz” dedikləri göstərildi.

Lakin hazırda həmin imza atan güneyli yazarların bir çoxu öz imzalarından imtina etdiyi deyilir.

Bəs məsələ həqiqətdə necədir?

Bu barədə təbrizli şair Əli Çağla Gununsesi.info-ya danışıb.

O bu barədə deyib:

“Hörmətli ədəbi sferada olanların nəzdinə çatdırırıq ki, Güney Azərbaycandan atılan 199 imzanın heç birisi imtina etməyibdir və bunlar hamısı yalan xəbərlərdir. Bizə yazılan təbrik mesajlarının sayısı həddən artıqdır və onlar xalq şairi Sabir Rüstəmxanlının Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri seçilməsinə daha çox sevinirlər. Çünki Sabir Rüstəmxanlıya həmişə Təbrizin isti qucağı açıq olub və onu sevibdirlər.

Güneyli soydaşlarım heç birisi aldandıqlarını düşünmürlər, amma komissiyanın gələcəkdə görüləcək işlərini maraqla izləyirlər. Ümid edirəm ki, Güney Azərbaycan ədəbiyyatı komissiyasında, Sabir müəllim yerli-yerində uğurlu layihələri həyata keçirəcəkdir”.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
icma.az

3Mənbələr