AZ

Lukaşenko 22 məhbusu humanitar səbəblərlə əfv etdi

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko 22 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, onlardan 20-si ekstremist cinayətlərdə təqsirli bilinib.

Əfv qərarı humanitar səbəblər və ailələrin maraqları nəzərə alınaraq verilib. Qeyd edək ki, əfv olunanlar arasında 15 qadın və 7 kişi, həmçinin 11 azyaşlı uşağın valideynləri var.

Lukaşenko bildirib ki, onların hamısı günahlarını etiraf edib və peşman olduqlarını ifadə ediblər.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
bakivaxti.az

1Mənbələr