AZ

Kapitalbank məşhur müğənninin şəxsi məlumatlarını sorğulayıb

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Şəxsi məlumatlarım illərdir icazəsiz sorğulanır. mygov- da bildiriş gəlir hər dəfə. “Kapital Bank” ASC 2022-ci ildən bu günə qədər (2023, 2024, 2025 daxil olmaqla) mənim FİN nömrəm üzrə sosial müdafiə, müavinət və iş yerim haqqında məlumatları mütəmadi şəkildə, aşağda qeyd olunan tarixəlrdı sorğulayıb".

Reyting.az xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri sosial media hesabında yazıb.

Onun sözlərinə görə, bank butarixlərdə onun şəxsi məlumatlarlına girişə cəhd edib: 

"- 2022 - 25 avqust, 25 dekabr

- 2023 - 26 fevral, 30 mart, 30 aprel və s.

- 2024 - 7 fevral, 18 may, 6 oktyabr, 18 noyabr, 31 dekabr

- 2025 - 31 yanvar, 4 mart, 4 aprel, 4 may, 10 may, 10 iyun, 24 iyun, 29 sentyabr, 29 dekabr və s.

Halbuki mənim Kapital Bankda heç vaxt hesabım olmayıb, kredit müraciəti etməmişəm və bankla heç bir müqavilə bağlamamışam. Yəni mən bu məlumatların əldə edilməsinə razılıq verməmişəm. Bu sorğular hansı əsasla edilir? Bilmək istəyirəm. Artıq məsələ ilə bağlı rəsmi şəkildə müraciət etmək istəyirəm".

Müğənni daha sonra bu statusu paylaşmasının səbəbini də izah edib: "Hamı məlumatlı olsun e-social kabinetinizdə kimlərin sorğu etdiyini yoxlayasınız. Şəxsi məlumat toxunulmazdır bildiyim qədəri ilə".

Azər

Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
110
reyting.az

1Mənbələr