AZ

Cari ildə şagirdlərimiz RFO-dan 95 qızıl medal qazanıb

2025-ci ildə beynəlxalq olimpiadalarda ümumilikdə 93 şagird iştirak edib. Şagirdlərimiz bilik yarışlarında 5 qızıl, 18 gümüş, 33 bürünc medal və 16 həvəsləndirici sertifikat qazanıblar.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məıumat verilib.

Ölkənin 65 bölgəsində 8 fənn üzrə keçirilən Respublika Fənn Olimpiadalarında 90 147 şagird qeydiyyatdan keçib. Fənn olimpiadalarında 95 qızıl, 170 gümüş və 249 bürünc medal qazanılıb.
 

“Qərbi Azərbaycana qayıdış” olimpiadası IX və X sinif şagirdləri arasında təşkil olunub. Ümumilikdə 9872 şagird iştirak edib, 3 qızıl, 6 gümüş və 9 bürünc medal qazanılıb.

“Zəkaların mübarizəsi” olimpiadası  iştirakçıların şahmat və bilik səviyyəsini müəyyən etməklə, 2 mərhələli, komanda yarışı formatında keçirilib. Komanda yarışları üzrə 6, fərdi yarışlar üzrə 15 nəfər şagird medal və hədiyyələrlə təltif olunub.

Seçilən
20
2
azedu.az

3Mənbələr