Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 29-da səhər saatlarında Zərifə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota” markalı avtomobil, “VAZ” markalı maşınla toqquşub. Qəzaya səbəb “Toyota” sürücüsünün manevr qaydasını pozması olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.