AZ

“Kalaşnikov” PLK tapançasının sifarişini yerinə yetirib

İjevsk Mexanika Zavodu (“Kalaşnikov” konserninin bir hissəsi) Lebedev tapançasının (PLK) 9 mm-lik kompakt versiyasının tam tədarükünü başa çatdırıb. Silah 2025-ci il dövlət müdafiə sifarişi çərçivəsində yerinə yetirilib.

Herbiand.az xəbər verir ki, bu barədə konsernin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, qısa lüləli silah Rusiyanın bir neçə hüquq-mühafizə orqanları üçün istehsal olunur.

Lebedev tapançası Makarov tapançasının əvəzedicisi kimi istifadə edilir. Ölçüləri gizli şəkildə daşımağı asanlaşdırır və çox yönlü idarəetmələri ondan həm sağ, həm də sol əlli istifadəçilər tərəfindən səmərəli istifadə etməyə imkan verir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
104
herbiand.az

1Mənbələr