AZ

Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı

style='margin-bottom:10px;'>

PSJ-nin vingeri Xviça Kvaratsxeliya Gürcüstanda ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

QOL.az xəbər verir ki, Gürcüstan millisinin üzvü bu mükafatı karyerasında 5-ci dəfə qazanıb. Bununla da o, Gürcüstan futbolunun əfsanəsi Kaxa Kaladzenin rekordunu təkrarlayıb.

2025-ci il Kvaratsxeliya üçün son dərəcə uğurlu olub. Futbolçu PSJ ilə birlikdə 6 titul qazanıb. Paris klubu Fransa Liqa 1-ni, Fransa kubokunu və Superkuboku, həmçinin Çempionlar Liqasını, Avropa Superkubokunu və Qitələrarası Kuboku əldə edib.

Bundan əlavə, Xviça Kvaratsxeliya keçmiş klubu “Napoli” ilə İtaliya A Seriyasının da çempionu olub. Bu uğurlar gürcü futbolçunun il ərzində göstərdiyi yüksək səviyyəli oyunun göstəricisi kimi dəyərləndirilir.

Seçilən
27
1
teleqraf.com

3Mənbələr