Hindistanın Dehli Milli Paytaxt Bölgəsində müşahidə olunan sıx duman hava nəqliyyatında ciddi problemlərə səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, İndira Qandi Beynəlxalq Hava Limanında azı 118 reys ləğv edilib.
“Hindustan Times” qəzetinin yazdığına əsasən, görmə məsafəsinin demək olar ki, sıfıra enməsi nəticəsində uçuşların bir hissəsi təxirə salınıb, 18 reys isə alternativ hava limanlarına yönləndirilib.
Qeyd olunub ki, hava şəraiti ölkə daxilində dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib, bir çox qatar reysi gecikmə ilə yola düşüb.