AZ

Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı

PSJ-nin vingeri Xviça Kvaratsxeliya Gürcüstanda ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

QOL.az xəbər verir ki, Gürcüstan millisinin üzvü bu mükafatı karyerasında 5-ci dəfə qazanıb. Bununla da o, Gürcüstan futbolunun əfsanəsi Kaxa Kaladzenin rekordunu təkrarlayıb.

2025-ci il Kvaratsxeliya üçün son dərəcə uğurlu olub. Futbolçu PSJ ilə birlikdə 6 titul qazanıb. Paris klubu Fransa Liqa 1-ni, Fransa kubokunu və Superkuboku, həmçinin Çempionlar Liqasını, Avropa Superkubokunu və Qitələrarası Kuboku əldə edib.

Bundan əlavə, Xviça Kvaratsxeliya 2025-ci ildə keçmiş klubu “Napoli” ilə İtaliya A Seriyasının da çempionu olub. Bu uğurlar gürcü futbolçunun il ərzində göstərdiyi yüksək səviyyəli oyunun göstəricisi kimi dəyərləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
qol.az

3Mənbələr