AZ

"Putin sülh danışıqlarında güzəştə getməyib" - Pompeo

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin bitməsi ilə bağlı hələ heç bir güzəştə getməyib.

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo deyib.

Pompeo bildirib ki, Putin danışıqlarda heç nəyi qəbul etməyib və qalan məsələlərdə güzəştə getməsi ehtimalı azdır. Danışıqlar həm ərazi məsələlərini, həm də Ukraynada Avropa sülhməramlılarının mövcudluğunu əhatə edir.

Xatırladaq ki, 29 dekabrda Rusiya Ukraynanı Putinin Novqoroddakı iqamətgahına dron hücumu etməkdə ittiham edib. Prezident Volodimir Zelenski isə bu iddiaları təkzib edib və Rusiyanı danışıqlar prosesini pozmaqda günahlandırıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
57
missiya.az

1Mənbələr