AZ

Rusiyada qadın iki azyaşlı uşağını öldürməkdə şübhəli BİLİNİR

Ajans.az xəbər verir ki,qətldə şübhəli bilinən şəxsin uşaqların 30 yaşlı anası olduğu bildirilir. Müstəntiqlər hesab edirlər ki, qadın uşaqlara qulluqdan qaynaqlanan ağır stress və yorğunluq nəticəsində cinayəti əsəb pozğunluğu səbəbindən törədib. Şübhəli hazırda həbsdədir və istintaq orqanına ifadə verir. Uşaqların ölümü ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi üzrə – yetkinlik yaşına çatmayanların qətli ilə bağlı cinayət işi açılıb. Eyni zamanda, uşaqların müdafiəsi və sosial xidmətlər ilə paralel araşdırma aparılır. Məlumata görə, ailə problemləri barədə əvvəlcədən məlumat olmasına baxmayaraq, müvafiq tədbirlər görülməyib. Hadisə yerində və istintaq zamanı toplanan məlumatlar əsasında araşdırma davam edir.

 

Seçilən
93
Ajans.az

1Mənbələr