
Rusiya Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı dialoqunu davam etdirəcək, lakin Kiyevin prezident iqamətgahına hücum cəhdindən sonra bunu əsasən ABŞ ilə edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Kremlin sözçüsü əmin edib ki, "Rusiya danışıqlar prosesindən çəkilmir və Rusiya təbii ki, danışıqlar prosesini və dialoqu davam etdirəcək - ilk növbədə amerikalılarla".
Məryəm Quliyeva