AZ

Cari ildə Azərbaycana 5 milyard dollarlıq qızıl gətirilib

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7.3% artaraq 3 milyard 317 milyon dollar təşkil edib.

Bizim.Media rəsmi məlumatlara istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə ümumi dəyəri 5 milyard 41.6 milyon dollar olan qızıl idxal olunub.

Qızıl idxalı istisna etməklə, cari ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 7 milyard 254.5 milyon dollar olub.

Eyni dövrdə qızıl idxalı nəzərə alınmadan idxalın həcmi 16 milyard 146.7 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz çoxdur. (Oxu.az)

Bizim.Media

Seçilən
52
bizim.media

1Mənbələr