Dekabrın 23-ü Qusar şəhərində Azərbaycan I Liqa klubu “Şahdağ Qusar” və “ISFA Green Life” arasında baş sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Danışıqlar nəticəsində şirkət klubun baş sponsorluğunu öz üzərinə götürüb. Klubun idarəetməsi də şirkətin sərəncamına verilib.
Artıq yeni sponsorun klubdan tələbləri və ayırdığı büdcə bəllidir. Rəhbərlik cari mövsüm üçün komandanın çempionantda qalmasını hədəfləyir.
Bunun üçün heyət gücləndiriləcək. Qış transfer dönəmində kluba 100-150 min manat büdcə ayırılacaq.
Növbəti mövsüm isə “Şahdağ Qusar” daha iddialı duruma gələcək. Rəhbərliyin hədəfi çempionluqdur. Bunun üçün bölgə klubuna yüksək məbləğdə büdcə də ayrılacaq.
Həsən Quluzadə / İdmanxeber.az