AZ

Rafael Fiziyevin rəqibi dini inancına görə bu təklifdən imtina etdi

BAKI, 30 dekabr. TELEQRAF

UFC döyüşçüsü Maurisio Ruffi dini inanclarına görə bukmeker kontorlarının milyonluq təklifindən imtina edib.

Teleqraf xəbər verir ki, braziliyalı idmançıya tərəfdaşlıq müqabilində 8,6 milyon dollar təklif olunub. Lakin müqavilənin əsas şərti Ruffinin oktaqonda Tanrı haqqında danışmaması olub. 32 yaşlı döyüşçü bu şərti qəbul etməyərək bildirib:

“İnancımdan imtina etmək prinsiplərimə xəyanət olardı. Mən buna hazır deyiləm, çünki inancım mənə daxili hüzur verir”.

Qeyd edək ki, 12 qələbəsi və 2 məğlubiyyəti olan Ruffi növbəti döyüşünü fevralın 1-də UFC 325 turniri çərçivəsində azərbaycanlı Rafael Fiziyevə qarşı keçirəcək.

Seçilən
34
teleqraf.com

1Mənbələr