Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda məhşur rejissor, “Altın portakal” mükafatı laurantı Seren Yüceyə silahlı hücum olub.
“Yeni Sabah” “Cumhuriyyet”ə istinadən xəbər verir ki, başında dəbilqə olan naməlum şəxs onun evinin qapısını döydükdən sonra atəş açıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Hücum edən şəxs hadisə yerindən qaçıb. Polis onun tutulması üçün əməliyyat keçirir.
İlhamə Qasımlı
Telegram kanalımız