AZ

İdmanın inkişafı daim dövlətin diqqət mərkəzində olub



"Müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı daim dövlətin diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti bu gün Prezident doğma Partiyamızın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoymuş, ölkəmiz beynəlxalq idman məkanında etibarlı və nüfuzlu tərəfdaş kimi tanınmağa başlamışdır. İdman artıq təkcə yarış və nəticə deyil, eyni zamanda gənclərin sağlam ruhda yetişməsi, vətənpərvərlik hissinin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin gücləndirilməsi baxımından mühüm strateji sahəyə çevrilmişdir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. O bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin idmana göstərdiyi ardıcıl diqqət və məqsədyönlü siyasət nəticəsində Azərbaycan idmançıları Olimpiya Oyunlarında, eləcə də dünya və Avropa çempionatlarında əhəmiyyətli uğurlar qazanmışlar:

"Qazanılan nailiyyətlər, əldə edilən medallar ölkəmizin idman potensialını, idmançılarımızın yüksək hazırlığını və xalqımızın güclü iradəsini bir daha təsdiqləyir".

Cavid
Seçilən
66
newscenter.az

1Mənbələr