Bu gün Asiya Çempionlar Liqasında pley-off mərhələsinin püşkatması keçirilib.
Fanat.Az xəbər verir ki, nəticədə 16 komanda rəqiblərini tanıyıb.
Superulduz Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" komandası Türkmənistan çempionu "Arkadağ" ilə qarşılaşacaq.
Qərb zonası
"Əl-Zavra" (İraq) - "Əl-Vəsl" (BƏƏ)
"Arxadağ" (Türkmənistan) – "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı)
"Sepahan" (İran) – "Əl-Əhli" (Qətər)
"İstiqlal" (İran) - "Əl Hüseyn" (İordaniya)
Şərq zonası
"Pohanq Stilers" (Koreya) – "Qamba Osaka" (Yaponiya)
"Ratçaburi" (Tayland) – "Persib Bandunq" (İndoneziya)
"Bangkok Yunayted" (Tayland) - "Macarthur" (Avstraliya)
"Konq An Hanoi" (Vyetnam) - "Tampines Rovers" (Sinqapur)
İlk oyunlar 10-12 fevral 2026-cı il, cavab oyunları isə 17-19 fevral tarixlərində keçiriləcək.
