AZ

Azərbaycan və Türkiyə gəmiləri toqquşdu - YENİLƏNDİ

BAKI, 30 dekabr. TELEQRAF

141 metr uzunluğundakı "Kəlbəcər" və 115 metr uzunluğundakı "Alatepe" tankerləri Küçükçekmece Dəmiryolu Sahəsi yaxınlığındatoqquşub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, gəmilərin sahilə yaxın olması səbəbindən nazirliyə bağlı Sahil Mühafizə Xidmətinin Baş İdarəsinin xilasedici qrupu dərhal hadisə yerinə göndərilib.

Qəzada ölən və xəsarət alanların olmadığı bildirilib.

Hadisənin fırtına səbəbindən baş verdiyi vurğulanıb.

***

13:30

İstanbulda Bakırköy Florya sahillərində üzən Azərbaycan və Türkiyə bayraqlı iki tankerdən fövqəladə vəziyyət çağırışı daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Qeyd edilib ki, hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları göndərilib.

Hazırda fövqəladə vəziyyət çağırışının səbəbi məlum deyil.

Seçilən
82
1
teleqraf.com

2Mənbələr