AZ

Lazer silahı İsrailin hərbi arsenalına daxil edilib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri “Iron Beam” raket hücumlarındanmüdafiə lazer sistemini istifadəyə verib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyiməlumat yayıb.

Bildirilir ki, yeni silah ordunun sərəncamına verilməzdən əvvəlmüxtəlif təhdidlərə qarşı silsiləvi sınaqlardan uğurla keçib,raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarınıuğurla dəf edib.

Müdafiə Nazirliyinin məlumatına görə, “Iron Beam” İsrail HərbiHava Qüvvələrinə inteqrasiya ediləcək və İsrailin çoxsəviyyəli havahücumlarından müdafiə sisteminə “Iron Dome”, “David's Sling” və“Arrow” sistemlərinə əlavə kimi daxil ediləcək.

Məqalədə:
Seçilən
50
az.trend.az

1Mənbələr