AZ

Bu gənclərin siqaretə marağının azalmasına səbəb olacaq Ekspert

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Siqaretin qiymətinin artımı həm də əhalinin fərqli sosial qruplarına təsirini artırır. Aşağı və orta gəlirli ailələr daha çox məhdudlaşdırıcı təsir hiss edə bilər, bu isə onların büdcəsində siqaret üçün ayrılan hissəni azaltmağa yönəldir". 

Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov deyib. O bildirib ki, qiymət artımı gənclərin siqaretə marağının azalmasına da təsir göstərə bilər: "Bu, uzunmüddətli dövrdə sağlamlıq göstəricilərinin yaxşılaşmasına xidmət edir. Digər tərəfdən, yüksək qiymətlər kölgə iqtisadiyyatını stimullaşdıra, qanunsuz satışların və saxta məhsul dövriyyəsinin artmasına yol aça bilər. Bu səbəbdən siqaretin qiymətinin artırılması ilə bağlı siyasət yalnız vergilərin yüksəldilməsi ilə məhdudlaşdırılmamalıdır. Eyni zamanda, əhalinin maarifləndirilməsi, sağlam həyat tərzinin təşviqi, qanunsuz satışların qarşısının alınması və monitorinq mexanizmlərinin gücləndirilməsi də vacibdir".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
525.az

1Mənbələr