Qarşıdan Yeni – 2026-cı ilin gəlməsinə sayılı günlər qalır. Mərkəzi Gömrük Hospitalına müxtəlif xəstəliklərlə bağlı üz tutan pasiyentlər arasında balacaların də sayı az deyil. Onlar, əsasən, peyvəndin vurulması, qızdırma, influenza və digər xəstəliklərlə bağlı həkimlərə müraciət ediblər.
Bu gün həmin pasiyentlər hospitalda xoş sürprizlə qarşılaşıblar. Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, müxtəlif şöbələrin mehriban və qayğıkeş həkimləri uşaqları qarşılayıb, müayinə və müalicə etməklə yanaşı, həm də onları Yeni il münasibətilə təbrik edib, hədiyyələr təqdim ediblər.