Nüfuzlu "Transfermarkt" portalı dünyanın ən bahalı qapıçılarının siyahısını açıqlayıb.
QOL.az xəbər verir ki, sıralamaya İtaliya millisinin və "Mançester Siti"nin futbolçusu Canluici Donnarumma liderlik edir. Qolkiperin dəyəri 45 milyon avro qiymətləndirilir.
2-ci yerdə "Portu"dan Dioqo Kosta (40 milyon avro), 3-cü pillədə isə Dortmund "Borussiya"sından Qreqor Kobel (40 milyon avro) qərarlaşıb.
Dünyanın ən bahalı qapıçıları:
1. Canluici Donnarumma ("Mançester Siti") - 45 milyon avro
2. Dioqo Kosta ("Portu") - 40 milyon avro
3. Qreqor Kobel (Dortmund "Borussiya"sı) - 40 milyon avro
4. Bart Verbruggen ("Brayton") - 35 milyon avro
5. Lukas Şevalye (PSJ) - 35 milyon avro
6. Mile Svilar ("Roma") - 35 milyon avro
7. David Raya ("Arsenal") - 35 milyon avro
8. Joan Qarsiya ("Barselona") - 30 milyon avro
9. Qulelmo Vikario ("Tottenhem") - 30 milyon avro
10. Anatoli Trubin ("Benfika") - 28 milyon avro