AZ

Məşhur rejissor Seren Yüce silahlı hücuma məruz qalıb

"Məsum" və "Kasaba" serialları ilə tanınan məşhur rejissor Seren Yüce İstanbulun Şişli rayonundakı evində silahlı hücuma məruz qalıb.

Missiya.Az xəbər verir ki, bu barədə TV100 kanalı məlumat yayıb. 

Məlumata görə, hadisəni törədən şəxs dəbilqə geyinib.

Rejissorun sağlamlıq vəziyyətinin izlənildiyi bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Seyranə QuliyevaMissiya.Az 

Seçilən
13
missiya.az

1Mənbələr