AZ

Xviça ilin ən yaxşı futbolçusu seçildi

PSJ-nin vingeri Xviça Kvaratsxeliya Gürcüstanda ilin ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.az xəbər verir ki, Gürcüstan millisinin üzvü bu mükafatı karyerasında 5-ci dəfə qazanaraq Kaxa Kaladzenin rekordunu təkrarlayıb.

Kvaratsxeliya bu il PSJ ilə Liqa 1, Fransa kuboku, Superkubok, Çempionlar Liqası, Avropa Superkuboku və Qitələrarası Kuboku qazanıb.

Bundan əlavə, gürcü futbolçu ilin əvvəlində çıxış etdiyi “Napoli” ilə İtaliya A Seriyasının da çempionu olub.

Seçilən
32
1
idmanxeber.az

3Mənbələr