AZ

Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytı məlumat yayıb.

Yeraltı təkanlar Ryukyu adaları yaxınlığında yerli vaxtla saat 17:12-də (Bakı vaxtı ilə saat 12:12) baş verib. Zəlzələnin episentri təxminən 6900 nəfər əhalisi olan Vadomari kəndindən 20 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Ölən və yaralananlar haqqında hələlik dəqiq məlumat yoxdur.

İlahə QənbərliMissiya.Az

Seçilən
46
40
missiya.az

10Mənbələr