AZ

İranda etirazlar başladı: Yüzlərlə müəssisə bağlanır

İranın milli valyutası olan rialın kəskin devalvasiyası paytaxt Tehranda geniş etirazlara səbəb olub. İqtisadi böhran dərinləşdikcə Mərkəzi Bank sədri Məhəmməd Rza Fərzinin istefa verdiyi iddiaları ölkədə qeyri-müəyyənliyi daha da artırıb.

Publika.az xəbər verir ki, bəzi İran media orqanları Prezident Məsud Pezeşkianın ofisinə istinadən Fərzinin istefa ərizəsi verdiyini iddia ediblər.

Lakin Mərkəzi Bankın rəsmi açıqlaması bu iddiaları təkzib edib və onun mövqeyində heç bir dəyişiklik olmadığını bildirib. Ziddiyyətli iddialar Tehranda müəssisə sahiblərinin etirazlarının ikinci gününə təsadüf edib.

Şahidlərin sözlərinə və sosial mediada paylaşılan görüntülərə görə, paytaxtda yüzlərlə müəssisə bağlanıb. Nümayişçilər rialın sürətli devalvasiyasına etiraz etmək üçün şəhər mərkəzində toplaşıblar, bəzi qruplar hökumət və rejim əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar qiymət sabitliyini və alıcılıq qabiliyyətini aşağı salan valyuta böhranının həlli üçün təcili tədbirlərin görülməsini tələb ediblər.

Seçilən
45
5
publika.az

6Mənbələr