AZ

İş icazələrinin müddəti 5 ildən 18 aya qədər azadıldı

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-də sığınacaq və deportasiyadan qorunma tələblərinin, şəxslərin “müəyyən ictimai sağlamlıq fövqəladə halları səbəbilə ölkənin təhlükəsizliyinə təhdid yaratmaları” əsas göstərilərək rədd edilməsini nəzərdə tutan yeni qayda sabahdan qüvvəyə minir.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) verdiyi məlumata görə, Prezident Donald Tramp administrasiyası miqrasiya siyasətinə yeni tədbirlər əlavə edir.

İlk dəfə 2020-ci ildə elan edilən, lakin qüvvəyə minməsi dəfələrlə təxirə salınan bu yekun qərar yenilənmiş formada Federal Rəsmi Qəzetdə dərc olunub.

Qərara əsasən, şəxslərin sığınacaq və deportasiyadan qorunma müraciətləri, “müəyyən ictimai sağlamlıq fövqəladə halları səbəbilə ABŞ-nin təhlükəsizliyinə təhdid yaratmaları” halında rədd edilə bilər.

Yenilənmiş qayda sabahdan etibarən qüvvəyə minəcək. Qeyd edək ki, Tramp administrasiyası, 26 noyabrda Ağ Ev yaxınlığında iki Milli Qvardiya əsgərinin vurulduğu hücumdan sonra, 2 dekabrda “yüksək riskli ölkələr” kateqoriyasına daxil edilən 19 ölkənin vətəndaşlarının bütün sığınacaq və immiqrasiya yardımı müraciətlərini dayandırmışdı.

USCIS həmçinin 5 dekabrdan etibarən ABŞ-dəki sığınacaq axtaran şəxslərin iş icazəsi sənədlərinin etibarlılıq müddətinin 5 ildən 18 aya endiriləcəyini açıqlamışdı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
1
cebheinfo.az

2Mənbələr