AZ

Gülben Ergen onu təhqir edən vəzifəli şəxsdən yazdı: "Üzr istəyəcəksən!"

Müğənni Gülben Ergen yayılan videosuna görə onu təhqir edən şəxs barədə paylaşım edib.

Far.Az xəbər verir ki, sənətçi tədbirlərdən birində olarkən yallı oyanınılıb. Bu zaman hicablı qadınlardan biri Gülbenin əlindən tutmaq istəyib. Lakin sənətçi buna mane olub.

Yayılan görüntülərdən sonra Türkiyənin Böyük Birlik Partiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Destici ifaçının bu addımını qınayıb və onu təhqir edib.

"Adı çəkilən şəxs hər cür əxlaqsızlığı yaşayıb. Əslində bizim ana və bacılarımız onun əlindən tutmamalıdır" -deyə o bildirib.

Gülben isə onunla məhkəmədə üzləşəyini qeyd edib.

"Destici, unutma mən kin tutmuram. Vəkil tuturam. Üzr istəyəcəksən!"- deyə, ifaçı bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

Seçilən
41
far.az

1Mənbələr