AZ

Yaxın Şərqdə gərginliyə doğru addımlardan çəkinməliyik - Peskov

Rusiya Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola biləcək hər hansı bir addımdan çəkinməyin vacib olduğunu düşünür.

Missiya.Az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə danışıb.

O, ABŞ Prezidenti Donald Trampın Tehranın raket və nüvə proqramlarını davam etdirəcəyi təqdirdə Vaşinqtonun İrana qarşı yeni zərbələri dəstəkləməyə hazır olması barədə açıqlamasına münasibət bildirib.

"Əlbəttə ki, bütün tərəflərlə əlaqələrimizi davam etdirəcəyik. Hesab edirik ki, bölgədə gərginliyi artıracaq hər hansı bir addımdan çəkinmək lazımdır. Və inanırıq ki, İranla dialoq bizim əsas prioritetimiz olmalıdır", - deyə Peskov vurğulayıb.

Onun sözlərinə görə, Moskva regionda gərginliyin azaldılmasına kömək etməklə yanaşı, Tehranla konstruktiv münasibətləri inkişaf etdirməyə davam edir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr