Bakı.Trend:
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilbayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə, ocümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin təminiməqsədilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.
DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları insanlarınsıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyintəmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davametdirirlər.
Polisin gördüyü tədbirlər və qanunvericiliyin tələblərivətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hərkəsi qaydalara riayət etməyə və ictimai asayişin qorunmasına dəstəkgöstərməyə çağırırıq.